Qadin.NET / Günəşin daha bir sirri açıldı - Yapon alimlərdən bir ilk

Günəşin daha bir sirri açıldı - Yapon alimlərdən bir ilk

Günəşin daha bir sirri açıldı - Yapon alimlərdən bir ilk


Yaponiyanın Milli Astronomiya Rəsədxanasının astronomları “Japon HINODE” kosmik aparatı vasitəsi ilə Günəşin səthindəki ən güclü maqnit sahəsini birbaşa müşahidə ediblər.

Qadin.Net bildirir ki, teleqraf sciencedaily-a istinadla xəbər verir ki, rekord xüsusiyyətə malik maqnit sahəsini 5 gün ərzində analiz edən astronomlar onun bir Günəş ləkəsindən çıxan qaz axınının digər ləkəyə toxunması nəticəsində yarandığını bildiriblər.

Maqnit sahəsinin 6,250 min Qauss gücündə olduğunu qeyd edən alimlər bu rəqəmin bir çox Günəş ləkələrinin ətrafında olan maqnit sahəsinin gücündən iki dəfədən artıq olduğuna diqqət çəkiblər.

Qeyd edək ki, Günəşdə bu güclü maqnit sahəsinin olması əvvəllər yalnız dolayı yolla aşkar edilmişdi.

11 fevral 2018
GO BACK