Britaniyanin "Spice Girls" pop qrupunun keçmiş üzvü Viktoriya Bekhem qrupa qoşulması barədə xəbəri təkzib edib.
Qadin.Net report.az-a istinadən bildirir ki, bu barədə "Vogue" məlumat yayıb.
"Mən qastrola hazırlaşmıram. "Spice Girls" tura hazırlaşmır", - deyə Bekhem nəşrə bildirib.
Keçmiş qrup üzvü hazırda paltar dizaynı ilə məşğuldur və Nyu-Yorkda yeni kolleksiyasının nümayışinə hazırlıq görür.
Daha əvvəl mətbuat xəbər vermişdi ki, "Spice Girls" qrupunun birləşmiş üvləri dünya turuna çıxmaq niyyətindədirlər.