Qadin.NET / WhatsApp-da yenilik var

WhatsApp-da yenilik var

WhatsApp-da yenilik var


"Facebook" şirkətinə məxsus olan "WhatsApp" ani mesajlaşma xidmətinin yeni beta-versiyasında istifadəçilərə qrup zənglərinə öz kontakt siyahılarından 3 nəfər əlavə etməyə imkan veriləcək.

Qadin.Net bildirir ki, Milli.Az ICTnews-a istinadən bildirir ki, beləliklə, qrup zənglərində eyni anda sözügedən messencerin 5 istifadəçisi iştirak edə biləcək.

İstifadəçi qrup zənginə öz kontakt siyahısından daha 3 nəfəri əlavə etmək üçün ekranın sağ yuxarı küncündə yerləşən ikonkanın üzərinə sıxmalıdır.

Sözügedən funksiya tezliklə geniş istifadəçi kütləsinə əlçatan olacaq.


10 fevral 2018
GO BACK