"ATV" ekranlarında yayımlanan və reytinqdə birinci olan "Sen Anlat Karadeniz" serialında oynayan aktyorların aylıq maaşları ortaya çıxıb.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, rejissoru Osman Sınav olan ekran işində ən çox maaşı Tahir Kaleli obrazına həyat verən aktyor Ulaş Tuna Aslentepe alır.
Onun aylıq gəliri 22 min lirə (təxminən 11 min AZN) dəyərindədir.
Digər aktyor və aktrisaların aylıq gəliri isə belədir:
Mehmet Ali Nuroğlu (Vedat Sayar) - 17 min 500 lirə (təxminən 9 min AZN);
İrem Helvacıoğlu (Nefes Zorlu) - 20 min lirə (təxminən 10 min AZN);
Öykü Gürman (Asiye Kaleli) - 15 min lirə (təxminən 7 min AZN);
Sinan Tuzcu (Mustafa Kaleli) - 17 min 500 lirə (təxminən 9 min AZN).