Qadin.NET / Ən gözəl ağ brilyant satılır - FOTO

Ən gözəl ağ brilyant satılır - FOTO

Dünyanın ən gözəl və nadir ağ brilyantı Londondakı "Sotheby's" hərracında satışa çıxarılıb.

Satışlar "Sotheby's"in Bond-Stritdəki butikinin fəaliyyətə başlamasının ildönümü ilə bağlıdır.

Qadin.Net bildirir ki, Milli.Az Guardian-a istinadən bildirir ki, 102,34 karatlıq ağ brilyant Botsvanada tapılmışdı.

Onun rəngi "D" kimi, yəni "şəffaf, rəngsiz təsir bağışlayan mavi-ağ" təki dəyərləndirilir.

Britaniya taxt-tacının varidatı sayılan məşhur "Kullinan" və "Kohinur" brilyantları təki bu brilyant da dünyada "2A tipi" təki tanınan və bütün almaların cəmi 2 faizini təşkil edən nadir qrupa daxildir.

Botsvanada "De Beers" mütəxəssislərinin aşkarladıqları 425 karatlıq almazı "Diacore" zərgərlik şirkətinin zərgərləri 6 ay ərzində Yohannesburqda və Nyu-Yorkda cilalayıblar, sonucda da nadir ağ brilyant alınıb.

Ən gözəl ağ brilyant satılır - FOTO

Ən gözəl ağ brilyant satılır - FOTO

Ən gözəl ağ brilyant satılır - FOTO

Ən gözəl ağ brilyant satılır - FOTO


9 fevral 2018
GO BACK