Qadin.NET / Bir kərə yüksələn bayraq, bir daha enməz...

Bir kərə yüksələn bayraq, bir daha enməz...

 

Bir kərə yüksələn bayraq, bir daha enməz...

 


Tarixdə var olan qədim dövlətlərin və millətlərin mövcud olduqlarını sübüt edən ən mühüm dəlillər, simgələr bayraqlardır. Bayraqlar həm də var olan dövlətlərin mədəniyyətlərini, qiymət verdikləri mənəvi dəyərləri özündə əks etdirir. Bu baxımdan bayraqlar, başqa deyimlə sancaqlar və ya ələmlər dünya tarixində mühüm önəmə sahibdirlər. Biz türklərin ataları əski və köklü dövlətlər qurduqlarından bizim də mədəniyyətimizdə bayraqların xüsusi əhəmiyyəti vardır (1). Bayraq bizim şərəfimiz və namusumuzdur. Bəlkə də dünyada heç bir millət biz türklər qədər bayrağa dəyər verməmiş ,onu bizlər qədər ülviləşdirməmiş və mənəvi cəhətdən dəyərli bilməmişdir. Çünki biz bayrağımızı sadəcə bir simgə olaraq görmür canlı, müqəddəs bir varlıq, qüvvə bilərik. Türk tarixinin önəmli tarixçilərindən olan Prof. Dr. Bahaeddin Ögel bayraqla əlaqədar bunları qeyd etmişdir: “Bayraq qoruyucu bir ruhdur. O, bir zəfər tanrısıdır. Bayraq müqəddəs və mübarək bir insan kimidir; əsəbləşər, sevinər, küsər, düşərsə onu tutanlarda yox olur. Kökü, dibi yerde; başı isə göylərdə olan bir varlıqdır. Göylərdə ənginləşir, yayılır, ucalır, millətlərin soyunun və kökünün simvoludur” (2).
Bayraq bizim özümüzdür, bu səbəbdəndir ki, şəhidlərimizin qanı bayrağımız göylərdə başı dik dalğalansın deyə axar və bayrağımız üçün canımızdan belə keçərik. Anadolu Türkü şair, düşüncə adamı-filosof, ədib Mithat Cemal Kuntay misralarında nə gözəl söyləmişdir: " Bayraqları bayraq yapan üstündəki qandır, Topraq əgər uğrunda ölən varsa, vətəndir." Əslində Mithat Cemal Kuntayın dillər əzbəri olan və biz türklərin ata sözü ola biləcək bu misralar hər şeyi izah edir. Biz Türklərin tarixində bayraqların önəmi haqqında "Türklərdə Bayraqlar, Sancaqlar və Tuğlar " isimli məqaləmdə bəhs etmişdim. Bu yazımda özəlliklə Azərbaycan Türklərinin üç rəngli bayrağından bəhs edəcəyəm.

Azərbaycanlı Oğuz Türkləri olan bizlərin də tarixinə nəzər yetirsək, müxtəlif şəkildə bayraqlarımızın mövcud olduğunu görməmiz mümkündür. Ancaq Azərbaycan adı altında birləşib Osmalı Türk qardaşlarımızın vəfası yəni Qafqaz TÜRK İslam Ordusunun dəstəyi ilə Şərqdə ilk cumhuriyyət qurduğumuzdan, sonra sovet-rus işğalından qurtarıb şəhidlərimizin qanı ilə azad , müasir Azərbaycan Dövlətini qurduğumuzdan bu günə iki fərqli bayrağa sahib olmuşuq. Onlardan ilki, Şərqdə qurulan ilk CüMHURİYYƏTİN, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağInın təsdiq edilməsi haqqında qərarla, yəni Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycanın Müvəqqəti hökumətinin 21 iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağıdır. Bu bayraq Osmanlı İmperatorluğunun XVIII əsrin sonundan XIX əsrin 50-ci illərinədək mövcud olmuş üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağından ibarət idi. O dövrdə bu bayrağın qəbulunun Azərbaycanın türk dünyasının bir parçası olduğu mənasını ifadə etdiyini düşünülürdü (3). O, dönəmin məlum siyasi hadisələri nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da hökumətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul edildi. Beləliklə, üç rəngli ay ulduzu bayraq Azərbaycan Türklərinin dövlət bayrağı olur.

 

ŞƏKİL

 

Azərbaycan TÜRK Cümhuriyytimizin qurucusu M.Ə. Rəsulzadə üçrəngli milli bayrağımıza xitabən, söylədiyi «Müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq, bir daha enməyəcəkdir. Mən buna iman edirəm. Mənim bu imanımı millətlərin qəlbində doğmuş olan əməl günəşi işıqlandırır. Bu günəş bir daha üful etməyəcəkdir...» sözlər bu gün də dillər əzbəri olmuşdur.

Təəssüf ki, sonradan müstəqilliyimizi itirdik və bu bayrağımizi hürr-azad bir şəkildə dalğalandıra bilmədik. Sonradan qardaş Türkiyə cümhuriyyəti Mustafa Kemal AtaTürk tərəfindən qurulunca ilk al qirmizi bayrağımız 5 guşeli ulduzla qardaş Türkiyə cümhuriyyətinin bayrağı oldu. Mustafa paşanın yazdığı söylənilən bir məktubda bu mövzu vurğulanırdı və Mustafa Kemal paşa Şərqdə ilk cümhuriyyətin banisi M.Ə. Resulzadəyə xitabən belə yazmışdı: "Mən dünyaya səndən üç sənə erkən göz açmışam. Ancaq bütün Türk aləmində Türkün istiqlal bayrağını sən qaldırmısan və bayraq enməsin deyə, mən sənin əlindən alıb Türkiyə üzerində dalğalandırmışam. Enməz demisən bu bayraq, enməyəcəkdir" (Mustafa Kamal Atatürk).

Azərbaycan Sovet-rus işğalından azad oldunca, «Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı» (18 oktyabr 1991-ci il) ilə Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini elan etdi. İlk olaraq qardaş Türkiyə Cümhuriyyəti ölkəmizin müstəqilliyini tanıdı. Böyük öndər Qazi Mustafa Kamal Atatürkün vaxtilə söylədiyi «Azərbaycan bayrağının Türkiyə bayrağı yanında Türkiyə səmasında dalğalanmasını görmək bütün millətimiz üçün böyük bir bayramdır» sözləri artıq həqiqətə çevrildi...(3). O gündən bu günə sərəf və qürurla üç rəngli Azərbaycan Türk bayrağını müstəqil Azərbaycan səmasında dalğalandırırıq.
SİZLƏRƏ DƏ MƏLUM OLDUĞU KİMİ ÜÇ RƏNGLİ BAYRAĞIMIZIN RƏNGLƏRİNİN VƏ ÜZƏRİNDƏKİ SİMGƏLƏRİ- AYPARASININ (HİLALIN)VƏ SƏKKİZGUŞƏLİ ULDUZUN ÖZÜNƏ MƏXSUS ANLAMLARI VARDIR. 

 

 

Bir kərə yüksələn bayraq, bir daha enməz...



 

 

Bayrağımızdakı ilk rəng, mavi -göy mavisi Türk millətinə mənsub olduğumuza işarət edir. Orta əsrlərdə müsəlman olan, Türklərin yaşadığı bölgələrdə onlara məxsus bir çox qədim abidələr vardır və bu abidələrin çoxu göy mavisi rəngində olmuşdur. Bu baxımdan göy mavisi, Türklərin simgəsinə çevrilmişdir... Göy-gök-səma mavisi həm də 13-cü əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir. Bununla bərabər düşünürəm ki, sadəcə göy rəngi-gök mavsini Elxanilərlə bağlaşdırmaq doğru olmaz.Çünki bizlərin ataları olan qədim Göktürk dövlətinin də bayragi göy - səma mavisi rəngidə idi. Daha doğrusu bayrağımızdakı bu göy rəng soyumuzun Göktürklərə dayandığına da bildirir .Bəzi işbazlar bu mövzuda öz qərəzli " məharətlərini göstərirlər.Beleki bayrağımızın ilk rəngi -gök mavisini ya tünd eynən Rusiya bayrağındakı kimi əks etdirirlər ya da mavi rənglə heç bir əlaqəsi olamayan tünd bənövşəyi rəngdə təsvir edirlər, nəticədə ortaya Azərbaycan Bayrağı ilə heç bir əlaqəsi olmayan əcaib bir bayraq çıxır. Əslində bu çox bəsit bir hal kimi görünsədə əsasən çox önəmlidir, bir dövlətin tarixinə və bir millətin soy- kökünə qarşı sayqısızlığın özüdür. Dəyərli oxucular, sizlərdən rica edirəm ki, bu mövzuya diqqət edin və Dünyanı hanrasında olursanız olun Azərbaycanımızın üç rəngli, şanlı bayrağının düzgün təsvirini önəmsəyin və bu mövzuda daima qərarlı olun. Çünki bayrağımız bizim namusumuzdur.

Azərbaycan bayrağında əks olunan digər rəng qırmızı rəngdir. Məlumdur ki, 18-ci əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş vermişdi. Həmin dövrdə işçi təbəqənin kapitalizm quruluşuna qarşı mübarizəsi başlandı. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Ə. Hüseynzadə yazırdı: “Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ülum və maarifinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!” Beləliklə, əsaslandırılır ki, qırmızı rəng -müasirliyi, demokratiya və azadlığı ifadə edir. Bu movzuda mən düşünürəm ki, qirmızı rəngi sırf Fransada Burjua inqilabından sonra doğan Avropanın inkişafına və ya Avropanın simgəsi olaraq - sadəcə çağdaşlığı ifadə etdiyinə yozmağ heç də doğru olmaz. Bayrağımızdakı qırmızı rəng həm də bu torpağ, bu vətən uğrunda canını çəkinmədən fəda edən şəhitlərimizin qanını təmsil edir. Axı biz bu müstəqilliyi, azadlığı Fransanın və ya Avropanın inkafı ilə deyil cəsur və qəhrəman vətən övladlarının qanı ilə qazanmışıq. Mən acizanə belə ifadə edirəm ki, bayrağımızdakı qırmızı rəng vətən uğrunda şəhid olan övladlarımızın axan qanını və bu sayədə qazandığımız azadlığımızı və müasirliyimizi ifadə edir. Bəziləri öz düçüncəsinə görə yorumlamışdır. Amma bizim üçün bayrağımızı mübarək edən, müqəddəsləşdirən şəhitdərimizin vətənizmiz uğrunda axıtdığı qanın qırmızı rəngdə əks olunmasıdır.


 

Bir kərə yüksələn bayraq, bir daha enməz...



 

Bayrağımızdakı üçüncü rəng isə yaşıl rəngdir. İslam mədəniyyətini, İslam dininə mənsub olduğumuzu işarət edir. Yaşıl rəng İslamın ənənəvi rəngi olaraq bilinir. Bunun səbəbi QURANİ-KƏRİMDƏ CƏNNƏTİN yaşıllıqlarla dolu bir yer olaraq təsvir edilməsidir və Ərabcə bir söz olan cənnət, "bağça" anlamını bildirir.
Dahi Üzeyir Hacıbəyov Azərbaycan Xalq Cümhuriyyətinin bir illiyinə həsr olunmuş «Bir yaş» adlı məqaləsində milli bayrağımızdakı rənglərin mənasına toxunaraq deyirdi: «Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur»
Beləliklə müxtəlif mənbə və tarixi qaynaqlar əsasında deyilənlər bir daha təsdiq edir ki, Azərbaycan Xalq Cümhuriyyətinin milli bayrağı kimi hələ 1918-ci ildə qəbul edilmiş bugünkü müstəqil Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağındakı mavi rəng: milliyyətçiliyi – türklüyümüzü; qırmızı rəng: müasirliyi – demokratiya və azadlığı; yaşıl rəng isə: islam mədəniyyətini – müsəlmanlığı ifadə edir (4).

Şanlı bayrağımızda qırmızı rəngin üzərində ortada aypara- hilal və səkkizguşəli ulduzun təsviri verilmişdir. Qırmızı zolaq üstündəki bu rəmzlər Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə qəbul etdiyi (21 iyun 1918-ci il) qırmızı rəngli, üstündə ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan dövlət bayrağının üçrəngli milli bayrağımızda kiçildilmiş formasından ibarətdir. Başqa sözlə, ağ rəngli aypara və səkkizguşəli ulduz simvolu Azərbaycan bayrağına əski Osmanlı Türk imperatorluğunun bayrağından hazır şəkildə alınmışdır. Buna əsasən deyə bilərik ki,Osmanlı bayrağındakı al qirmizi rəng vətən torpağı üçün çəkinmədən canlarını fəda edən şəhidlərimizin qanını əks etdirdiyi kimi Azərbaycan Türkləri olan bizlərində bayrağımızdakı qirmizi rəng cəsur və qəhrəman şəhidlərimizin vətən torpağının azadlığı üçün axan qanlarını təmsil edir. 
ÖNCƏDƏN DƏ QEYD ETDİYİMİZ MİSRADAKİ KİMİ "BAYRAQLARI BAYRAQ YAPAN ÜSTÜNDƏKİ QANDIR"...

Bu simgələrin mənası ilə əlaqədar bu zamana qədər Azərbaycan mediyasında dəqiq bir bilgi paylaşan yoxdur. Mən bu mövzunu araştırmağı vətənimə və ümumilikcə türk millətinə qarşı boynumun borcu bildim. Bəziləri hesab edir ki, Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstontinopolun herbi olmuşdu. Türklər 1453-cü ildə Konstantinopolu aldıqdan sonra həmin herb Osmanlı imperiyası tərə¬fin¬dən islam dininin bir rəmzi kimi qəbul edilmiş və həmin dində olan baş¬qa xalqlara keçmişdir (5). Amma bu fikirin heç də doğru olmadığını düşünmürəm. Açıq aydın bu düşüncəni meydana gətirənlərin sovet -rus məfkurəsinə və biz türklərin tarixini cılızlaşdırmağa xidmət etdiyini düşünürəm. Yəni Türklərin qədim tarixindən xəbəri olmayanlar bu düşüncədə ola bilərlər. Çünki bizim tariximiz sözlük anlamı slav- kölədən gələn ruslardan da və sömürgəçi siyasətlə özlərinə dövlət qurmağa çalışan və tarixin hər dönəmində Türklərdən qorxan "xaçlı"- binzanslılardan da qədimdir. Ayparası-hilalı Bizansla əlaqələndirmək heç də doğru deyildir. Çünki tarixdə var olan bir çox mədəniyyətlərdə, millətlərdə ayparası və hilala simgə rəmz olaraq mənimsənmişdir.

 

Bir kərə yüksələn bayraq, bir daha enməz...

 

 

Türk xalqlarında, eləcə də digər Şərq xalqlarında ayparanın tarixi kökləri çox qədimlərə gedib çıxır. Türkiyə tarixçisi Fevzi Kurtoğlu bu məsələdən danışarkən yazır ki, «hilal (aypara) 5000 il bundan əvvəl Orta Asiyadan ön Asiyaya köç etmiş şumerlər, eləcə də qədim türklər tərəfindən istifadə edilmişdir. Ayparanın türk heraldikasında istifadə olunması, nə Sultan Osman Qazinin məşhur röyasından, nə də Sultan Mehmet Fatehin İstanbulu fəthindən başlar. Bunun köklərini dərinlərdə aramaq lazımdır. Hilal (aypara) türk millətinin tarixi qədər əskidir...»(6).

Ayın gecələri ətrafı aydınlatması səbəb ilə insanlar tərəfində ucaldılmış və kutsal- müqəddəs hesab edilmişdir. Əsasən ayın hilal-ayparası şəklini alması və bu şəklin gecə ortaya çıxması və adına Zühre- Zöhrə və ya Dan ulduzu deyilən ulduzla bir araya gəlməsi xeyir və mutluluq- xoşbəxtlik əlaməti olaraq dəyərləndirilmişdir. Həqiqətən də tarixi mətinlərdə Ay və Ulduzun bir çox fərqli uygarlıqda (Sümer, Elam, Hitit, Mısır, Sasani) çox istifadə edilən və insanlıq tarixi qədər qədim olan şəkil olduğu görülür. Ayrıca Ay və Ulduzun çox bayraq və sancaqlarda istifadə edilməsinin bir başqa mühim səbəbi də Türklərin ən qədim dinləri olaraq qəbul edilən Gök-Tanrı inancından almış olduğudur. Çünkü Türklər, yerin ve göyün tək yaratıcısı olan Gök Tanrını ucaltmış və yüksəklərdə düşünmüşlər; göylərdə, Gök Tanrı’ya aid (ay-ulduz) her şeyi əks etdirdiyini düşünərək, mənimsəmişlərdir (7). Ay-ulduz motivləri ilə əlaqədar olaraq bəzi fikirlər sonrakı dönəmlərdə elmi mübahisələri yenə gündəmə gətirmişdir. Bəzi elm adamları “ulduz” motivinin əsasında ərəblərdən əsinlənərək yaxın sərqdən alındığını və bu sbəbdən də güclü bir Ərəb kültürü- mədəniyyəti təsirində qalındığını ifadə etsələr də bu doğru deyildir. Bu məlumdur ki, Türklər, bu motivləri yaxud simgələri İslamiyyətdən çox öncə bilir və istifadə edirdilər. Örnəyin; Səmərqənd Müzeyində bir Ak Hun (Eftalit) pulu üstündəki beş uclu-köşəli ulduz və hilâl motivlərinin olduğu, Türk kültürünün-mədəniyyətinin meydana gəldiyi İç Asiyada proto - Türk olaraq qəbul edilən millətlərin və Türklərin gök ibadəti içində yer alan arsal ikonografiyalarda (8), müxtəlif tamğalarda, Kök-Türk yazısında fonoqram olaraq və s. yerlərdə istifadə edildiyi açıq aydın bilinir (9).Yenə bununla əlaqədar olaraq örnək; Ərəb kültürünün təsir ilə Ay və Ulduz motivlərinın çox gec dönəmlərdə (13-14-cü yüzilliklərdə) mənimsənildiyini iddia etsələr də, bəhs edilən dönəmdən öncəki əsərlərdə və bəzək sənətlərində həm də əllə toxuma sənətlərındə istifadə olunan ay və ulduzlu geometrik motivləri görməzdən gəlmək heç də doğru olmaz . Ayrıca İslamdan öncə Türk sənətkarlığı dərindən incələndiyi zaman başda günəş, ağaç, müxtəlif çeşiddə quşlar (iki başlı qartal, aslan, at və s.) olmak üzərə ay-ulduz motivlərinin də yayğın olaraq istifadə edildiyi görüləcəkdir. Türk-İslam dövlətləri dönəmlərində xüsusi ilə ay-ulduz motivinin bəlirgin bir şəkildə yayqınlaşdığını görmək mümkündür. Bu dönəmlərdə müxtəlif sənət sahələrində xüsusi ilə əllə toxuma sənətində istifadə edilən məşhur simgələrdən biri də ay və ulduz motivləridir (10). Belə ki, həyatın hər nöqtəsində qarşımıza çıxan bu motivlər sonradan Türk-İslam sənət anlayışında ən çox əks olunan ikonografik motivler olmuş; toplum və dövlət nəzdində ucalaşdırılaraq bayraq və sancaqlarda əlamət olaraq istifadə edilməyə başlanmışdır. Ulduz motivi ətrafında olan qol-uc-şüa sayılarına görə fərqli anlamlar bildirir. Beş qollu ulduzlar mükəmməlliyi, altı qollu ulduzlar evliliyi-bərabərliyi, yeddi qollu ulduzlar göyqurşağını-doğal təbiəti, səkkiz qollu ulduzlar isə güc və iqtidarı ifadə edir (11). Orta Asya Türk sənətində tez-tez qarşımıza çıxan təsvirlərin ən çox işlənən simvollarındandır.
 

 

Bir kərə yüksələn bayraq, bir daha enməz...

 

 

Bu yerdə xatirlatmaq istərdim ki, miladdan sonra 6- 7-ci yüzilliyə aid olduğu təxmin edilən və Türklərə aid ən qədim sikkələrdən olan Göktürk sikkələrində də ay - ulduz motivləri əks olunmuşdur. Bu sikkələr Türklərin ilk ana yurdu olaraq qəbul edilən Orta Asya coğrafiyasında - Qırğızıstan,Özbəkistan və Tacikistanda aparılan arxeoloji qazıntılar nəticəsində ortaya çixmışdır. Qırğızıstanda həyəta keçirilən beynəlxalq konfransda medyaya təqdim edilən toplam olaraq 140 ədəd sikkədə ay ulduz motivlərinın əks olunduğu açıq - aydın bəlli olurdu. Hesab edilir ki, bu Göktürk pulları Türk tarixinin yazımını da dəyişdirə bilər və Orhun yazıtları qədər dəyərli olduğu yöndə fikirlər bildirilir (12). Türkiyəli Dokuz Eylül Üniversitesi öyrətim üyəsi Dr. Yavuz Daloğlu bu sikkələr haqqinda fikirləri belədir: "Göktürklərdən sonra 8-ci yüz ildə Türgişlərə aid pullar öncədən tapılmışdı. Ancaq Göktürklərə aid sikkələr onlardan 150-200 il daha öncəyə, 576-600 illərinə aiddir. Ən önəmlisi, bu sikkələrin Türk toplumuna dair söylənilən "Türklər barbardı, Türklərin uyqarlığı yoxdur, göçərlərdir" kimi Avropa mərkəzli anlayışların çürüdülməsinə əsas tutarlı sübutdur. Göktürk sikkələrinin tapılması, Orhun Yazıtlarının tapılması qədər önəmlidir. Ayrıca ay-ulduzun bizə İslamda Səmavi anlayışdan miras qaldığını bilir və belə zənn edirdik. Ancaq, yeni tapilmiş Göktürk pullarında da ay-ulduzlu fiqurlur var” (13) .
Bütün bu tarixi bəlgələrə və məlumatlara əsasən söyləyə bilərik ki, Ay- ulduz nə Konstantinopolun- İSTANBULUN fəthindən sonra biz Türklər tərəfindən mənimsənilməyib, nə də İslamiyyəti qəbul etdikdən sonra bizlər tərəfindən simgə olaraq qəbul edilməmişdir. Ay- ulduz biz Türklərin tarixdə var olduğumuz ilk çağlardan bəri simgəmiz olmuşdur. Doğrudur, sonradan bizlər İslamın da bayraqdarı olmuşuq və beləliklə, ay-ulduzu soy - kökümüzlə olduğu kimi, həm də inancımızla -İslam dini ilə özləşdirmişik.
Sizlərlə bu yazımda Azərbaycan Türklərinin üç rəngli şanlı bayrağında və bayrağımızın üzrindəki simgələrin tarixindən bəhs etdim. Dəyərli oxucularımız! Lütfən unutmayın, dilimiz və bayrağımız bizlərin milli kimliyidir. Bizlər milli kimliyimizə sahib çıxmalıyıq. Nə mutlu Türkəm deyənə !...

 

Aynur Talıblı

Tarix və Mədəniyyət araşdırmaçısı


7 fevral 2018
GO BACK