Qadin.NET / "Instagram"da bu şəklə 14 milyon "layk" gəldi - FOTO

"Instagram"da bu şəklə 14 milyon "layk" gəldi - FOTO

Amerikalı model Kayli Cennerin paylaşımı "Instagram" sosial şəbəkəsinin tarixində ən populyar paylaşım olub.

Qadin.Net trend-ə istinadən bildirir ki, çərşənbə günü model fevralın 1-i dünyaya gələn qızının şəkilini paylaşıb. Bir sutkadan az bir müddət ərzində şəkil 14 milyon "layk" toplayıb. Ümumilikdə Cennerin 103 milyon izləyicisi var.

Beləliklə, model populyarlığa görə, "Real Madrid"in hücumçusu Kriştianu Ronaldo (ikinci yer - 11,3 milyon "layk") və müğənni Beyonsu (üçüncü yer - 11,2 milyon) üstələyib.

"Instagram"da bu şəklə 14 milyon "layk" gəldi - FOTO


8 fevral 2018
GO BACK