ABŞ-ın "Akhan Semiconductor" şirkəti qoruyucu şüşəsi süni almazlı ekrandan ibarət smartfonun sınaqlarına başlayıb. Yeni "Mirage Diamond Glass" şüşəsinin nanokristal strukturu təsadüf nəticəsində formalaşır ki, bu da örtüyün altında dərin çatların yaranmasının və materialların zədələnməsinin qarşısını alır.
Qadin.Net bildirir ki, Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət rəhbəri Adam Xanın sözlərinə görə, "Mirage Diamond Glass" şüşəsi üst qat qismində çıxış edərək digər tip örtüklərlə, o cümlədən kimyəvi möhkəmləndirilmiş "Gorilla Glass" ilə birlikdə istifadə oluna bilər. O, texnologiyanın elektronika istehsalçılarının iştirakı ilə sınaqlarının aparıldığını qeyd edərək onların adını açıqlamaqdan imtina edib.
Məlumata görə, şirkət və tərəfdaşlar tərəfindən almaz şüşənin möhkəmliyinə, onun elektrik siqnalları yaxşı ötürməsinə və sensor ekrana toxunuşu tanımağa mane olmadığına əmin olmaq məqsədilə stress testlər keçirilir.
Həmçinin mühəndislər işıq zolaqlarını aradan qaldırmaq üçün örtüyün əksetdirici xüsusiyyətlərini minimuma endirməyi düşünürlər.
Bildirilir ki, "Mirage Diamond Glass" vasitəsilə ekrana malik istənilən qurğunu qorumaq mümkün olacaq. Yeni şüşə ilə ilk dəfə təqdimatı 2019-cu ilə planlaşdırılan smartfonun təchiz ediləcəyi gözlənilir. Sonradan onun fitnes bilərziklərə quraşdırılmasına başlanıla bilər.
Laboratoriyada yetişdirilən sintetik almazlı ekranın adi ekranlardan baha olacağı ehtimal olunur. Bundan başqa, "Akhan" örtüyü "Gorilla Glass" şüşəsi ilə müqayisədə daha ağır və qeyri-şəffaf ola bilər.