Müğənni İbrahim Tatlısəsin qızları Dilan və Elif Ada bir araya gəliblər.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, müğənninin keçmiş həyat yoldaşı Ayşegül Yıldız qızını bacısı ilə görüşdürüb. Ayşegül Dilanla Elif Adanın arasının çox yaxşı olduğunu deyib:
"Qızım hər zaman şəkillərə baxıb "Ana, bacım nə vaxt gələcək" deyə soruşurdu. Bu gün xeyli vaxt keçirdilər, əyləndilər. Baxın, bacılar bir-birinə necə bənzəyir".
Yıldız İbrahimin yenidən evlilik təklifi etməsi ilə bağlı isə bunu söyləyib:
"Biz düşmən deyilik. Amma yenidən ərə getmək fikrim yoxdur. Ağıllı qadınlar ikinci dəfə ərə getmir. Baxın, Hülya Avşar ərə gedir?"