Qadin.NET / İl ərzində yeməyə cəmi 2 dollar xərcləyib - FOTO

İl ərzində yeməyə cəmi 2 dollar xərcləyib - FOTO

Amerikada yaşayan Villiam Reid adlı gənc internet fenomeninə çevrilib.

Qadin.Net Milli.Az  -a istinadən bildirir ki, buna səbəb yaxşı iş və gəlirinə rəğmən Reidin yeməyə, demək olar ki, pul xərcləməməsidir.

Belə ki, Villiam 2014-cü ilin yayından nə marketdən qida alır, nə də çöldə yemək yeyir.

"Qida israfına qarşı çıxan, zibilə atılan qidaları toplayaraq onlardan dadlı yeməklər hazırlayıb ehtiyacı olanlara çatdıran qlobal bir sosial layihə"də işləyən Reid zibilə atılan qidaların çoxunun nə qədər təzə olduğunu görüb.

Gənc bundan sonra zibildən qida toplayaraq özü də onlardan yemək hazırlamaq qərarına gəlib.

Villiam deyir ki, ötən il yeməyə sadəcə 2 dollar pul xərcləyib. Buna səbəb isə bir film çəkilişi üçün Avstraliyada yerləşən adalardan birinə gedən Villiam orada zibil qutusu tapa bilməyib və məcbur olaraq yemək üçün 2 dollarından keçməli olub.

İl ərzində yeməyə cəmi 2 dollar xərcləyib - FOTO

İl ərzində yeməyə cəmi 2 dollar xərcləyib - FOTO

İl ərzində yeməyə cəmi 2 dollar xərcləyib - FOTO

İl ərzində yeməyə cəmi 2 dollar xərcləyib - FOTO


7 fevral 2018
GO BACK