Çinin "Xiaomi" şirkəti tərəfindən təqdim edilmiş cib printerini hər yerə daşımaq və onun köməyi ilə smartfondan şəkli çap etmək mümkündür. Nəticədə şəkillərin ölçüsü 54x86 mm olacaq. İstifadəçi kamerası aktivləşdirilmiş mobil qurğusunu şəklə yaxınlaşdırdıqda onlar canlanır.
Qadin.Net bildirir ki, Milli.Az ICTnews-a istinadən bildirir ki, printer şəklin daxil edilməsi üçün dəlikdən və çap prosesinin işə düşməsi üçün düymədən ibarət kiçik qutuya oxşayır. Sözügedən printer 256 rəng dəstəkləyir. Printer üçün fiziki təsirlərə qarşı dayanıqlı və tez solmayan xüsusi nazik plyonkadan istifadə etmək lazımdır. Şirkətin nümayəndəsi əmin edir ki, çap edilmiş şəkil otaq şəraitində rəngini itirmədən onilliklərlə saxlanıla bilər.
Amma şəkil çap etmək üçün printer kifayət deyil. Bundan başqa, smartfona xüsusi mobil proqram quraşdırmaq lazımdır.
Printer hələ ki satışa çıxarılmayıb və onun qiyməti bilinmir.