Qadin.NET / Ana ölümlərinə görə tibb işçilərinə SƏRT CƏZALAR VERİLİB

Ana ölümlərinə görə tibb işçilərinə SƏRT CƏZALAR VERİLİB

Ana ölümlərinə görə tibb işçilərinə SƏRT CƏZALAR VERİLİB


Ötən il baş verən ana ölümlərinə görə 4 nəfər işdən azad edilib.

Qadin.Net bildirir ki, bu barədə publika.az-a Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova məlumat verib.

Onun sözlərinə görə, ötən il 21 ana ölümü baş verib və Komissiya tərəfindən araşdırılaraq, Tibbi Yardımın təşkili şöbəsinə təkliflər verilib.

“Həkimlərin çalışdığı müəssisə rəhbərləri tərəfindən cəzalandırılan, işdən azad edilən, töhmət alanlar da olub. Ötən il baş verən ana ölümlərinə görə 23 nəfər tibb işçisinə xəbərdarlıq edilib, 54 nəfərə töhmət verilib, 45 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, 2 nəfər aşağı vəzifəyə keçirilib, 4 nəfərin əmək müqaviləsinə xitam verilib”.

5 fevral 2018
GO BACK