Qadin.NET / Akalın libasını fanatına hədiyyə etdi

Akalın libasını fanatına hədiyyə etdi

Akalın libasını fanatına hədiyyə etdi


Türkiyəli müğənni Demet Akalın dünən verdiyi konsertdə geyindiyi ağ rəngli libasını ad gününü qeyd edən fanatlarından birinə hədiyyə edib.

Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkədə açıqlama yayıb.

"Libasın "razrezləri" həqiqətən də son anda əllə tikilib. Bunu gözdən qaçırmayanlara halal olsun. Və bu paltarı doğum günü olan bir fanatıma hədiyyə etdim, satmasına icazə verirəm".

Xatırladaq ki, D. Akalın bir müddət öncə 7 min lirəlik (təxminən 3100 AZN) çəkməsini fanatına hədiyyə etmiş, o isə çəkməni saytlardan birində satışa çıxarmışdı.

Bundan xəbər tutan Akalın xəyal qırıqlığı yaşamış və həmin fanatın çəkməni geri qaytarmasını istəmişdi: "Bəzən bəziləri həqiqətən heç nəyi haqq etməz. Hədiyyə xatirə kimi saxlanılar, satışa çıxarılmaz. Geri göndər... Mən qiymət verəcək həqiqi fanatıma verərəm".

4 fevral 2018
GO BACK