Pxençxanda keçiriləcək Olimpiya oyunlarında Norveç yığmasının aşpazları sifariş etdikləri 1,5 min yumurta əvəzinə 15 min yumurta alıblar.
Qadin.Net reporta-a istinadən bildirir ki, yığmanın üzvləri Koreya şirkəti ilə online-tərcüməçinin köməyi ilə danışırdılar.
"Yarısına qədər yumurta ilə dolu bir avtomobil gəldi. Görəndə ki, yumurtaları nə qədər içəri daşısalar da, onlar bitmək bilmir, çox təəcübləndik",- aşpaz söyləyib.