Bir zamanlar dünyanın ən populyar pop qruplarından olmuş "Spice Girls" yenidən bir araya gələrək konsert vermək niyyətindədir.
Qadin.Net bildirir ki, Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 42 yaşlı Mel Bi, 43 yaşlı Viktoriya Bekhem, 42 yaşlı Emma Banton, 44 yaşlı Mel Si və 45 yaşlı Heri Horner dünən Londonda toplanaraq müzakirələrə başlayıblar.
"Pop-musiqi sahəsində belə "bərpa"nın olacağını kimsə ağlına gətirə bilməzdi. Uzun sürən danışıqlardan və müzakirələrdən sonra Viktoriya Bekhem yeni konsretə razılaşıb. İndi bu ilin sonunadək yeni layihələr barədə düşünmək gərəkdir", - layihə ilə bağlı insayderlərdən biri deyib.
Yeni konsert turnesində, sadəcə, konsertlər olmayacaq. "Spice Girls" ən yaxşı hitlərini ifa edəcək, telekanallarda istedadlar axtarışı olan şoular təqdim edəcək, Çində müxtəlif tədbirlərə qatılacaq.
Bütün bunların sayəsində qrup üzvlərinin hər biri 10 milyon funt-sterlinq qacanacaq.