Qadin.NET / Belə şəraitdə kəsilən ətləri almayın - Həyatınız üçün təhlükəlidir!

Belə şəraitdə kəsilən ətləri almayın - Həyatınız üçün təhlükəlidir!

Belə şəraitdə kəsilən ətləri almayın - Həyatınız üçün təhlükəlidir!


Bəzi vətəndaşlar qiyməti münasib olduğuna və ya gözünün qabağında kəsildiyinə görə əti pərakəndə satış yerlərindən almağa üstünlük verirlər. Burda kəsilən heyvanlar isə əksər hallarda baytarlar tərəfindən yoxlanılmadığından sağlamlığı şübhə doğurur. "XəzərXəbər" bu məsələni araşdırıb..

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, antisanitar şəraitdə kəsilən və xəstə heyvan ətləri insan sağlamlığına ciddi təhlükə yaradır.

Səhiyyə nazirliyinin Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirir ki, əgər ət antisanitar şəraitdə kəsilərsə onda bağırsaq çöpləri yarana və insan sağlamlığına zərər vura bilər. Bundan başqa əgər kəsilən heyvan xəstə olarsa ondan istifadə edənlərdə müxtəlif cür qurd xəstəliklərinin yaranmasına səbəb olur.

Ziyəddin Kazımov bildirir ki, buna görə də heyvanlar yalnız baytar sanitar nəzarətindən keçib sağlam olduğu təsdiqlənəndən sonra kəsilməlidir. Ancaq pərakəndə kəsilən və mənşəyi bəlli olmayan ətlərdən yoluxan xəstəliklər bununla da bitmir.

Bundan başqa keyfiyyətinə şübhə edilən ətlər tamamilə bişirilmədən yeyilməməlidir.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemologiya Mərkəzi də insanlara müraciət edərək gigiyenik sertifikatı olmayan və pərakəndə kəsilən ətləri almamağı tövsiyyə edir. Çünki belə ətlərin mənşəyi bəlli olmadığı kimi, onların sağlamlığı ilə bağlı da heç bir məlumatı öncədən bilmək mümkün olmur.

2 fevral 2018
GO BACK