Qadin.NET / "Xərclərimi Amerikaya anam göndərir" - FOTO

"Xərclərimi Amerikaya anam göndərir" - FOTO

"Xərclərimi Amerikaya anam göndərir" - FOTO


Dil öyrənmək üçün Amerikaya yola düşən gənc müğənni Aleyna Tilki yenidən ölkəsinə qayıdıb.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, yeni iş görüşləri üçün qayıtdığını bildirən ifaçı sevgilisi Emrah karadumanla görüntülənib. Aleyna martın 31-də konsert verəcəyini və bəzi detalları danışdıqlarını deyib. ABŞ-da çoxlu pul xərcləməsi iddialarına isə Tilki belə cavab verib:

"Xərclərimin miqdarını anam müəyyən edir. Müəyyən miqdardan artıq pul göndərmir". 

Qeyd edək ki, Aleyna stili ilə diqqət çəkib. Qara lasin geyinən ifaçı qara corablarla rəngaərng dikdabanı uyğunlaşdırıb.

"Xərclərimi Amerikaya anam göndərir" - FOTO


1 fevral 2018
GO BACK