İnstaqramda daha bir yenilik tətbiq edilib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, artıq tvitterdə olduğu kimi, instaqram proqramında da paylaşımların zamanlanması xüsusiyyəti olacaq.
Bu xüsusiyyət sayəsində istifadəçilər paylaşmaq istədikləri foto və videoları gələcək zaman üçün yükləyə biləcək və istədikləri saata uyğun olaraq dostları ilə bölüşəcəklər.
İlk mərhələdə şirkət və xidmət sektorunun faydalana biləcəyi yenilik 2019-cu ildən etibarən şəxsi hesablara da tətbiq ediləcək.
Zamanlama xüsusiyyəti reklam qoyulan paylaşımlar üçün keçərli olmayacaq.