Qadin.NET / Talassemiya xəstələrinin artmasının SƏBƏBİ açıqlandı

Talassemiya xəstələrinin artmasının SƏBƏBİ açıqlandı

Talassemiya xəstələrinin artmasının SƏBƏBİ açıqlandı


Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcısı var.

 

Qadin.Net Trend-ə istinadən xəbər verir ki, bunu Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov deyib.

 

O qeyd edib ki, son illərdə talassemiya xəstələrinin sayında artım məhz daşıyıcıların ailə qurması ilə əlaqədar olub: "Hazırda ölkədə 3105 irsi qan xəstələri, o cümlədən talassemiya xəstələri qeydiyyatdadır. Son dövrlərdə nikaha daxil olmaq istəyən şəxslərin müayinəsi nəticəsində talassemiya daşıyıcısı olan körpələrin doğulması halları azalıb".

 

V.Hüseynov görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin yaşının artdığını bildirib: "Hazırda xəstələrin böyük əksəriyyəti 20 yaşdan yuxarı hesab olunurlar. Yeni doğulanları da nəzərə alaraq, Mərkəzdə hazırda 18 yaşa qədər qeydiyyatda olan təxminən 1000-ə yaxın xəstə var".

 

Mərkəzin direktoru əlavə edib ki, 2013-cü ildən indiyədək Mərkəzdə 55 xəstə üzərində sümük iliyinin transplantasiyası əməliyyatı həyata keçirilib: "Onların əksəriyyəti, təxminən 43-45 nəfəri irsi qan və talassemiya xəstəsi olu

31 yanvar 2018
GO BACK