Qadin.Net bildirir ki, Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TV8 kanalının rəhbəri Acun Ilıcalı ilk həyat yoldaşı Seda Başbuğdan olan qızı Banunun doğum günündə ona sürpriz etmək qərarına gəlib. O, 28 yaşı tamam olan qızına aylar əvvəl sifariş verdiyi və dəyəri 900 min TL olan cip hədiyyə edib.
Xoşbəxtliyinin həddi-hüdudu olmayan Banu atası ilə birlikdə yeni avtomobilinə minib gəzib. Tanınmış televiziya işçisi qızının fotosunu İnstaqramda bölüşərək hisslərinə ifadə edib: "Həmişə belə gülümsəyəsən, xoşbəxt illərin çox olsun və səni birlikdə təbrik edək".
Öz şirkətində çalışan qızı Banuya atası sürpriz doğum günü ziyafəti də təşkil edib.