"Yeni gəlin" serialının Türkmən xalası Esin Gündoğdu yeni görünüşü ilə hər kəsi təəccübləndirib.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, aktrisa artıq çəki problemini pəhriz və idman vasitəsilə həll edib. Əməliyyatsız 60 kiloqram arıqlayan Esin bunları deyib:
"2 ildə 60 kiloqram arıqladım. 138 kilodan 78-ə düşdüm. Pəhrizə 40 kiloqram atdıqdan sonra başladım. Sadəcə üzürəm və yürüşə çıxıram. Mədəkiçiltmə əməliyyatı etdirməmişəm. Ancaq çəki atdıqdan sonra yaranan dəri sallanmalarını yığdırmışam".