Portuqaliyanın paytaxtı Lissabonda "Eurovision-2018" müsabiqəsində iştirakçıların çıxışının püşkatma mərasimi keçirilib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, püşkatamaya əsasən, Azərbaycan təmsilçisi Aysel Məmmədova birinci yarımfinalın ilk yarısında çıxış edəcək.
Təmsilçimizin rəqibləri Albaniya, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Estoniya, İslandiya, İsrail və Litva nümayəndələri olacaq.
İştirakçı ölkələrin sayının tək olması nəticəsində təşkilatçılar birinci yarımfinalda 19, ikinci yarımfinalda isə 18 nəfərin iştirak etməsinə qərar veriblər.
Qeyd edək ki, birinci yarımfinal 8 may, ikinci yarımfinal 10 may, final isə 12 may tarixində baş tutacaq.