Qadin.NET / Dünyanın ən məşhur, ən xəsis milyarderi - FOTO

Dünyanın ən məşhur, ən xəsis milyarderi - FOTO

Dünyanın ən məşhur, ən xəsis milyarderi  - FOTO


"Ən məşhur", "ən xəsis", "ən istedadlı"... Bu sözlər isveçli milyarder İnqvar Kamprad barədə deyilirdi.

Dünyanın ən populyar və ən böyük korporasiyalarından olan İKEA-nın banisi və sahibi, 91 yaşlı İ.Kamprad İsveçin Smolad əyalətindəki evində dünyasını dəyişib.

Milli.Az Bloomberg-ə istinadən bildirir ki, İ.Kamprad 42,9 milyard dollarlıq varidatı sahibi idi.

"Xəsislik" kimi dəyərləndirilən təvazökar davranışı ilə seçilən, ikiotaqlı mənzildə yaşayan, 1978-ci il istehsalı olan Ford markalı avtomobil sürən İ.Kamprad bütün pullarını xeyriyyə işlərinə sərf edirdi. Onun yaratdığı və başçılıq etdiyi "Stichting INGKA Foundation" xeyriyyə fondunun hesablarında 32 milyard dollar var.

İnqvar Kamprad İKEA-nı 17 yaşında yaratmışdı. O, 1956-cı ildə, İKEA alıcılara qutularda yığma mebeli və yeni ticarət forması olan "anbar dükan"ı təqdim edəndə məşhurlaşmışdı.

2013-cü ilədək İKEA-nın direktorlar şurasında olmuş İ.Kampradın korporasiyasına indi onun oğulları başçılıq edirlər.

İKEA-nın hazırda dünyanın 49 ölkəsində 412 dükanı var.

29 yanvar 2018
GO BACK