Alimlərin apardığı araşdırma zamanı saç boyalarında istifadə edilən hidrogen peroksid adlı maddənin saçların ağarmasına səbəb olduğu təsdiqlənib.
Qadin.Net bildirir ki, publika.az xarici mediaya istinadla xəbər verir ki, ağardıcı maddə kimi də istifadə olunan hidrogen peroksidin müntəzəm saç boyalarına qatılması saçların dibində toplanaraq onu yaşlandırmaqla həm də rəng piqmentinin sintezinə mane olur.
Hidrogen peroksid insan orqanizmində də əmələ gəlir. Amma onu parçalayaraq su və oksigenə çevirən ferment həmin maddəni zərərsizləşdirir. İnsan yaşlaşdıqca bu fermentin səviyyəsi aşağı düşür və nəticədə hidrogen peroksidin miqdarı artır.