Uqandada yaşayan kişi 3 qadınla eyni vaxtda evlənib.
Qadin.Net bildirir ki, teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, uqandalı Məhəmməd Ssemanda evlənəcəyi qadınlara ayr-ayrı toy etmək istəsə də, maddi səbəbdən edə bilməyib.
50 yaşlı kişi 3 qadınla eyni vaxtda evlənmək qərarını belə izah edib:
“Həyat yoldaşlarımdan ikisi bacıdır. Onlar arasında qısqanclıq yoxdur. Hər birinin ayrı evi var. Çox işləyib onlara daha da yaxşı dəstək olacağıma söz verirəm”.
Gəlinlərin yaşları 48, 27 və 24-dür.
Məhəmməd Ssemandanın 47 yaşlı həyat yoldaşından 5 uşağı var.