Qadin.NET / Bu ayaqqabının qiyməti dodaq ucuqladır - FOTO

Bu ayaqqabının qiyməti dodaq ucuqladır - FOTO

Bu ayaqqabının qiyməti dodaq ucuqladır - FOTO


Dubayda dünyanın ən bahalı ayaqqabılarından birinin satışı planlaşdırılır. 

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, söhbət briliyantlarla bəzədilən hündürdaban ayaqqabıdan gedir.

Əl işi olan ayaqqabı 54 karatlıq briliyant və ümumi çəkisi 416 karat olan yaqutla bəzədilib. Dabanı qızıl və platindən olan ayaqqabının qiyməti isə 300 min dollar dəyərindədir. 

Fərqliliyinə görə dünyaya ilk olan bu geyim yerli dizayner Jada Dubayın "Royal" kolleksiyasına daxildir.

Xatırladaq ki, adıçəkilən dizayner daha öncədə bənzər ayaqqabı hazırlayıb. "Şpilka daban" adlandırılan qırmızı qadın ayaqqabısı topuqdan bağlanan olub. Onun məhz bu hissəsi ümumi çəkisi 24 karat olan bahalı daş-qaşla bəzədilib. Rubin və briliyantla bəzədilən bağlama hissəsi tac formasında hazırlanıb.

Bu ayaqqabının qiyməti dodaq ucuqladır - FOTO



28 yanvar 2018
GO BACK