Qoç - çətinliklərdən qorxmayın, maneələri qətiyyətlə dəf edin. Bir qədər səy göstərsəniz, məqsədlərinizə çata bilərsiniz. Yaxşı perspektivlər var.
Tələsik qərarlar verməyin. Addımlarınızı yaxşıca düşünüb-daşının.
Günün ikinci yarısı istirahət, əyləncə zamanı deyil. Görüləsi xeyli iş var.
Nəzərdə tutulmayan məqamlar görüşə mane ola bilər.
Diqqətsiz davransanız, sevdiyiniz insanın qəlbinə dəyə bilərsiniz.
Buğa - yaşanan situasiyanı obyektiv dəyərləndirin. İrəliləyişlər olacaq. Amma bəzi məqamlar sizi təbdən çıxara bilər. Heç bir halda ətalətə qapılmayın, tənbəl olmayın. Yaxın gələcəklə bağlı planları reallaşdırmaq zamanıdır.
Günün ikinci yarısında şəxsi münasibətlərdə rəvanlığı və harmoniyanı qorumaq üçün səbrli olun. Mövqeləriniz fərqlidirsə, yaxınlarınızla mübahisə etməyin.
Sevdiyiniz insanla görüşü planlaşdırıbsınızsa, sözünüzün üstündə durun.
Axşam saatlarını özünüzə həsr edin.
Əkizlər - maliyyə məsələləri ilə bağlı problemləri həll edəndə bir addım da geri çəkilməyin. Rəqiblərin sizin hesabınıza irəliləməsinə imkan verməyin. İntriqalara aldanmayın, fəsadları anlayın. Bu gün başlanacaq səyahət uğursuz alınacaq. Yalnız ifrat zərurət yaranarsa, yola çıxın.
Günün ikinci yarısında dəyər verdiyiniz insanlardan biri ilə münasibətlərdə problemlər yarana bilər. Romantik tanışlığın ömrü uzun olmayacaq. Səhhətinizə fikir verin. Orqanizmdə problemlər olarsa, gərəkli qərarlar verin. Xroniki xəstəliyin ağırlaşmasını gözləməyin.
Xərçəng - zəhmət çəkmədən heç nəyə nail ola bilməyəcəksiniz. Buna rəğmən sonuclar sizi sevindirəcək. Sizə qarşı planlar quran insanla uğurla rəqabət apara bilərsiniz. Alış-verişdə gərəksz nəsnələr almayın. Bədxərclik etməyin. Bu gün alacağınız əşyalar və ya texnikadan uzun müddət istifadə edə bilməyəcəksiniz.
Günün ikinci yarısında olayların pərdəarxasını anlamağa çalışın. Rasiona yenidən nəzər salın. Zərərli vərdişlərin bəzilərindən qurtulmağa başlamaq olar. İdmanla məşğul olun.
Ailə üzvlərinin dediklərinə qulaq asın.
Şir - yaxşı, əlverişli gündür. Maliyyə məsələləri ilə bağlı işlərdə xüsusilə sərvaxt olun. Hadisələrin axarına laqeyd müşahidəçi olsanız, ciddi itkilər verə bilərsiniz. Yaxın ətrafınızdakı insanları anlamağa çalışın. Rəqib hesab etdiyiniz şəxslərlə kobud davranmayın.
Günün ikinci yarısında potensial problemlər öhdəlik və vədlərinizin yerinə yetirilməsində çətinliklər yarada bilər. Rasionunuza fikir verin. İştahınız çəkilə bilər.
Axşam saatlarında normal istirahətə can atın.
Qız - yaşamınızdan narazı qalmayın. Baş verən olaylara münasibətiniz ifrat dərəcədə mənfi olmasın. Sizdən asılı olmayan səbəblərə görə üzləşdiyiniz problemlərdə özünüzü suçlamayın. Başladığınız işləri dayandırmayın. Uğura nail olmaq istəyirsinizsə, bütün çətinliklərə rəğmən irəliləyin.
Günün ikinci yarısında dəyər verdiyiniz insanın laqeyd, soyuqqanlı münasibəti ilə qarşılaşa bilərsiniz. Daha ciddi nailiyyətlər istəyirsinizsə, əldən buraxdığınız imkanları dəyərləndirin. Əvvəlki münasibətləri xatırlayın.
Qida prosesində ehtiyatlı olun. Aldığınız ərzaqların keyfiyyətli olmasına fikir verin.
Tərəzi - çətin, qarışıq situasiyalarda necə davranacağınızı müəyyənləşdirin. Sizə uğur qazandıra biləcək addımları atmaqdan çəkinməyin. Darıxdırıcı və rutin fəaliyyət sizi təbdən çıxarmamalıdır. Təmkinli olun.
Günün ikinci yarısında alış-verişə və əyləncəyə çox pul xərcləməyin. Qənaətcil olun. Yaxınlarınız və dostlarınızla mübahisəyə başlamayın. Əks təqdirdə münaqişənin səbəbkarına çevrilə bilərsiniz.
Yarımçıq işləri başa vurun. İnadkarlıqda fayda var.
Əqrəb - maraqlarınızın təminatı uğrunda mübarizə aparsanız, uğur əldə edə biləcəksiniz. Əsas məsələ nikbin qalmaqdır. Çünki pis əhval səhhətinizə mənfi təsir edə bilər. Əlavə gəlir istisna deyil. İşdə rəhbərlikdən yardım alınması, situasiyanın normallaşması da ola bilər.
Günün ikinci yarısında yaxınlarınızla münasibətləri qoruyun. Xırda məsələlərə görə mübahisə etməyin. Ailə üzvlərini sərt tənqid etməyin. Uşaqlarla təmaslarda qayğıkeş, səbrli olun. Onların mənəvi dəstəyə ehtiyacı var.
Oxatan - ötənlərə, keçənlərə yenidən nəzər salın. Gələcəkdə səhvləri təkrarlamamaq üçün yanlışlıqları təhlil edin. Uğursuzluqlara görə bədbinliyə qapılmayın. Fikriniz yeni məqsədlərdə cəmlənməlidir. Hadisələr çox sürətlə inkişaf edəcək və özünütənqidə vaxt qalmayacaq.
Günün ikinci yarısında yaxınlarınızla təmaslarda passiv mövqe tutmayın. Əvvəlki dövrdən fərqli olaraq birgə işlər sizi o qədər də maraqlandırmayacaq. Yanlışlıqlarınıza görə yaxınlarınızı, ailə üzvlərinizi suçlamayın.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Oğlaq - hisslərinizin əsiri olaraq emosiyalara qapılsanız, problemlərin sayı artacaq. Alış-verişdə məntiqli davranın, boşuna pul xərcləməyin. Maliyyə məsələlərində mümkün qədər diqqətli və həssas olun. Daha təcrübəli insanların məsləhətlərinə qulaq asın.
Günün ikinci yarısında qəti qərar verəcəyiniz anı dəqiqləşdirin. Mənasız risklərə yol verməyin.
Ailədə vəziyyət normaldır. Qarşılıqlı anlaşmaya nail olmaq çətin deyil. Sevdiyiniz insan hisslərinizi cavabsız qoymayacaq. Yeni tanışlıq uzunmüddətli olmayacaq. Belə münasibətlərin perspektivi yoxdur.
Dolça - nüfuzlu insanlarla ünsiyyət zamanı diqqətli olun. Bəzi işlərin yerinə yetirilməsi üçün sərvaxt davranmağınız məsləhətdir. Müzakirələrlə arqumentlərdən yararlanın. İradəli, inadkar olun. Dürüst hesab etdiyini mövqelərdən geri çəkilməyin.
Günün ikinci yarısında yeni tərəfdaş və ya şərik tapa bilərsiniz. Şəxsi münasibətlərdə vəziyyət normaldır. Sevdiyiniz insanla ünsiyyət sizi sevindirəcək. Uzun müddətdən bəri arzuladığınız nəsnəyə yiyələnə bilərsiniz.
Yaxınlarınızdan birinə xoş anlar bəxş edin.
Balıqlar - adi günlərdən fərqli olaraq bu gün ən sadə işlərin görülməsində belə, problemlər yaranacaq. Özünüzdən bədgüman olmayın. Qüvvə və imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Çətinlikləri aramla dəf edin.
Günün ikinci yarısında məqsədə doğru inamla irəliləyə bilərsiniz. Ailə qayğıları və məişət problemləri az deyil. Manələri dəf edə bilsəniz, ailə üzvləriniz sizə minnətdar olacaqlar. Bəzi məqamları və detalları nəzərdən qaçırmayın.