Sonuncu "Vəzir barmağı" filmində gözlənilən reytinqi toplaya bilməyən aktyor-rejissor Mahsun Kırmızıgül ekranlara qayıdır.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, sənətçi aktrisa Nurgül yeşilçayla birlikdə seriala çəkiləcək. 1982-ci ildə lentə alınmış "Gülsüm ana" filmindən təsirlənərək çəkilən serialın yayımlanacağı tarix hələlik bilinmir.
Mahsun Kırmızıgül sonuncu dəfə serialda 2005-ci ildə çəkilib.