"Biz bu fotosessiyanı kiminsə xoşuna gəlmək üçün yox, dəyişiklik olsun deyə etdik. Məni tanıyanlar bilir ki, 10 ildən çoxdur özüməməxsus imicim, saç düzümüm, geyim tərzim var. Həmişə insanlar niyə dəyişiklik etmədiyim barədə sual verirdilər. Mənim isə onlara cavabım eyni olurdu: Əgər mən özümə yaraşanı tapmışamsa, bununla daha rahatamsa, niyə komfortumdan əl çəkim?"
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu sözləri yeni fotosessiya etdirən tanınmış müğənni Nura Suri yeni deyib.
"Stilist Elnur Hüseynova və fotoqraf Əlibəy Qasımovla belə qərara gəldik ki, layihə üçün dəyişiklik edək. Bu, həm də başqa bir tədbir üçün idi. Məni görənlər tanımadı. Bu da bizim istədiyimiz nəticə idi", - deyə müğənni bildirib.
Müğənni qeyd edib ki, bəzi insanlar onun görüntüsündən razı olmayıb: "Bəzi izləyicilərim saçın yaraşdığını bildirsə də, digər yarısı bəyənmədi. Amma dediyim kimi, layihə üçün qısa müddətli dəyişiklik idi".
Sözügedən fotosessiyanı təqdim edirik: