Müğənni Bengü ötən gün Kuruçeşmədə gözəllik salonlarından birindən çıxarkən görüntülənib.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, ifaçı çıxışda jurnalistlərin suallarını cavablandırıb.
O, "Bu ilki 14 fevralın sizin üçün nə mənası var" sualına belə cavab verib:
"İllərdir mənim üçün bir anlamı yox idi. Amma bu il var. O ki qaldı nə hədiyyə gözləyirəm... Hədiyyə əsas deyil. Əsas olan sevgidə bir-birimizi başa düşmək, mübahisə etməməkdir".
Bengü eyni zamanda 9 aydır sevgili olduğu iş adamı Selim Selimoğlu ilə ailə qurmaq məsələsindən də danışıb. Sənətçi bildirib ki, tarix bəlli olmasa da, amma sevgisinin toyla bitəcəyinə inanır.