İllərdir imicinə sadiq qalan, eyni saç rənginə üstünlük verən Nuri Suri radikal dəyişikliyə imza atıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, sənətçi bir neçə saat əvvəl “Azerbaijan’s Best Awards” mükafatlarının təqdim olunma mərasimində çıxış edib. Qırmızı xalçaya çıxıb poza verən Nura Suri yeni görünüşü ilə təəccübləndirib. Belə ki, artist sarı-qızılı saçlarını qara rəngə boyayıb. Onun yeni stili üzərində tanınmış vizajist Elnur Həsənov çalışıb.
Gecə üçün qara, transparan paltar seçən müğənni son günlərdə kökəldiyini də etiraf edib.