Müğənni Selena Qomezin anası Mandi Tiifi ilk dəfə qızının kanadalı pop ifaçısı Castin Biberlə münasibətindən danışıb.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, Selenanın Castinlə sevgili olmasına qarşı çıxdığı deyilən Mandi kanadalı müğənni ilə illərdir danışmadığını söyləyib.
O, "Selena sağlam, xoşbəxt və təhlükəsiz olduğu müddətdə həyatını istədiyi şəkildə yaşaya bilər" sözlərini əlavə edib. Müsahibədən Mandinin Castinə qarşı antipatiyası olduğu üzə çıxıb.
Ondan fərqli olaraq, Biberin anası Patti Selenanı çox sevdiyini bildirib:
"Selena ilə tanış oldum. Onu çox sevirəm. Aramızda fərqli bağ var".