Müğənni Çelik illər sonra maraqlı etiraf edib.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, müğənni 1991-ci ildə İzel və Ercanla konserti zamanı fanatına aşiq olduğunu və ona mahnı yazdığını bildirib. Sosial şəbəkədə 27 il sonra bunu etiraf edən Çelik həqiqəti yenidən rastlaşdığı fanatına da dediyini söyləyib:
"1991-ci ildə Ankarada konsert zamanı aşiq olduğum qıza mahnı yazmışam. Həmin qız ötən şənbə yenidən qarşıma çıxdı. Qız "Ateşteyim" albomumda yer alan mahnımın ona yazıldığını illər sonra öyrəndi: düz 27 il sonra... Danış, danış, qurtarmaz. Nə xatirələr var!"