2017-ci ildə dünyada işsizlərin sayı rekord həddə - 192,7 milyon nəfərə çatıb.
Qadin.Net Trend-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, 2016-cı illə müqayisədə işsizlərin sayı 2,6 milyon nəfər və ya 5,6 faiz çoxalıb.
Təşkilatın proqnozlarına əsasən, 2018-ci ildə dünyada işsizlərin sayı kəskin artmayacaq, işsizlik səviyyəsi isə 2016-cı ildə başlamış artımdan sonra stabilləşəcək.