Qadin.NET / 11 aylıq uşağın bədənində 16 iynə tapıldı - FOTO

11 aylıq uşağın bədənində 16 iynə tapıldı - FOTO

 

11 aylıq uşağın bədənində 16 iynə tapıldı  - FOTO



 

Özbəkistanda cərrahlar 9 saat davam edən cərrahiyyə əməliyyatı sayəsində 11 aylıq körpənin bədənindən 13 iynə çıxarıblar.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, uşaq hazırda Daşkənddəki Respublika Təcili Tibbi Yardım Elmi Mərkəzinin reanimasiya bölməsindədir.

Professor Həbibulla Akilovun dediyinə görə, uşağın bədənində 3 iynə qaldığından təkrar cərrahiyyə əməliyyatı olacaq.

"Müayinə və analizlər zamanı bəlli oldu ki, o iynələr uşağın bədənində ən azı bir ay qalıb. İynələrin uşağın bədəninə necə düşdüyünün səbəbini hələlik bilmirik", - H.Akilov deyib.

Onun sözlərinə görə, Fərqanə vilayətinin sakini olan qadın yanvarın 22-də xəstəxanaya üz tutaraq uşağının halının pisləşdiyini deyib.

Həkimlərin dediyinə görə, uşaq iynələri uda bilməzdi. Kimsə o iynələri uşağın bədəninə yeridib.

Polis və prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

11 aylıq uşağın bədənində 16 iynə tapıldı  - FOTO



 

22 yanvar 2018
GO BACK