Ötən il Finlandiyada ən çox satılan kitab Mauri Kunnasın yeni əsəri olub.
Qadin.Net xəbər verir ki, fin tarixi seriyasından olan bu kitabın qəhrəmanları itlərdir.
Nəşrin ümumilikdə 163100 nüsxəsi satılıb. Uzun illərdir ki, heç bir fin kitabı bu cür böyük həcmdə satılmayıb.
Yeni əsər nəinki il ərzində ən çox satılan kitab adını qazanıb, həm də buraxıldığı ildəki satışın yekunlarına görə, tarixdə ən çox satılan fin kitabı olub.
Kitabda Finlandiya tarixinin XVI-XIX əsrlərə aid hadisələri uşaqlara anlaşıqlı formada çatdırılır. Bu əsər “Finlandia” mükafatına layiq görülüb. (publika)