Nyu-Yorkun əsas simvollarından olan Azadlıq heykəli federal hökümətin maliyələşdirilməsinin müvəqqəti olaraq dayandırılması ilə əlaqədar turistlər üçün bağlanıb.
Qadin.Net trend- ə istinadən məlumatına görə, Nyu-York ştatının qubernatoru Endryu Kuomo abidənin tezliklə açılmasına çalışacağını bildirib.
Qeyd edək ki, ABŞ-ın bir çox digər turistik mərkəzləri, o cümlədən milli parklar, federal hökümətin maliyələşdirilməsinin müvəqqəti olaraq dayandırılması səbəbindən bağlanıb və yaxud məhdudlaşdırılmış rejimdə fəaliyyət göstərir.