Bir neçə gün öncə ən son gələn yeniləmə ilə siz İnstagram-da daha öncə yazışdığınız şəxslərin axırıncı dəfə nə zaman aktiv olduğunuzu görə bilirdiniz.
Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, sosial şəbəkədə mübahisələrə səbəb olan bu yenilik ən çox sevgili cütlüklərin etirazı ilə qarşılanıb.
Bəs bu funksiyanı necə ləğv etmək olar?
İnsragram-ın tətbiqi yükləndikdən sonra bu özəllik avtomatik olaraq qoşulu olur.
Həmin funksiyanı ləğv etmək üçün isə əlavədə olan seçimlərə daxil oluruq. Səhifəni aşağı endirdikdə qarşımıza qoşulub və ləğv oluna bilən 3 funksiya çıxır.
Bunlar "fotoların orijinalını saxlamaq", ""vibrasiya" ilə bildirişlər" və "aktivlik vəziyyətini göstərmək" özəllikləridir.
Sonuncu "aktivlik vəziyyətini göstərmək" funksiyasının qarşısındakı nöqtəni qeyri-aktiv vəziyyətə gətiririk. Bununla da sizi izləyən insanlardan gizlənmiş olursunuz.