Qadin.NET / 43 ildən sonra anasını tapdı - FOTO

43 ildən sonra anasını tapdı - FOTO

43 ildən sonra anasını tapdı - FOTO


Balaca oğlan 1975-ci ildə Cənubi Vyetnamın paytaxtı Sayqonda keçirilən "Operation Mercy Airlift" əməliyyatı zamanı xilas edilmiş, Britaniyaya aparılmışdı. Daha sonra onu Şimali İrlandiyada yaşayan ailə övladlına götürmüşdü.

Vens MakElliney tam 43 il sonra anasını tapıb. Halbuki o, Vyetnamdakı anasının çoxdan öldüyünü düşünürdü.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 45 il əvvəl Daily Mail qəzetinin təşkil etdiyi "Mercy Airlift" əməliyyatı zamanı Sayqondan 100 uşaq çıxarılmış, Britaniyaya aparılmışdılar. Körpə vyetnamlı uşaq tibb bacısının qucağında idi, təyyarədə jurnalistin fotokamerasına maraqla baxırdı.

Həmin uşağı Şimali İrlandiya sakinləri Kirill və Elizabeğt MakElinnilər övladlığa götürdülər.

Vens MakElinni Şimali İrlandiyada böyüyüb və indi Vyetnamdakı anasını, 64 yaşlı Le Thi Anı tapıb.

Vens BBC Northern Ireland telekanalındakı "A Place To Call Home" proqramında anasını aradığını söyləmişdi. Həmin proqram efirə gedəndən sonra Vensin Facebook-dakı profilində Vyetnamdan 30 nəfər yazaraq onunla qohum olduqlarını bildirmişdilər.

Lakin həmin adamların arasından bir qadının mesajı Vensin diqqətini çəkdi. Qadın ona foto yollamış, "bu fotodakı kişi atandır" yazmışdı. Həmin şəxs Vensə çox bənzəyirdi.

Vens Vyetnama yollanaraq anası ilə görüşüb.

O, Lurqan şəhərindəki restoranlardan birində baş aşpaz işləyir.

43 ildən sonra anasını tapdı - FOTO

43 ildən sonra anasını tapdı - FOTO

43 ildən sonra anasını tapdı - FOTO



20 yanvar 2018
GO BACK