Cənubi Afrikada qeyri-adi hadisə baş verib.
Qadin.Net bildirir ki, Milli.Az xarici mediaya istinadən xəbər verir ki, Keyp Taun şəhərinin Mthayisi kəndində yaşayan 33 yaşlı Nomasonto Nomasonto Mdoyi adlı hamilə qadın nəfəs almaqda çətinlik çəkməsi şikayəti ilə xəstəxanaya çatdırıldıqdan qısa bir müddət sonra dünyasını dəyişib. Qadının cənazəsi dəfn mərasimi təşikl edən bir şirkətə tapşırılıb.
TABUTUN İÇİNDƏ UŞAQ GÖRDÜLƏR
Şirkət işçiləri dəfn mərasimi üçün işə başladıqları zaman tabutu açdıqda qadının ayaqları arasında bir uşağın cansız bədəni ilə qarşılaşıblar. Həkimlər qadının əzələlərinin yığılması və bədənindəki bakteriyaların uşağın doğulmasına səbəb olduğunu bildirib.
BİRLİKDƏ DƏFN ETDİLƏR
20 ildən çoxdur bu işlə məşğul olduğunu söyləyən şirkət müdiri belə bir şeylə ilk dəfə rastlaşdığını, qadını tabuta qoymaq üçün morqdan çıxardıqları zaman ananın ayaqları arasında doğmadığı uşağı gördüklərini və çox təəccübləndiklərini bildirib.
Ana və üzünü görmədiyi körpəsi bir yerdə dəfn edilib.