Aktrisa Merve Boluğur sosial şəbəkədə ona yazılan şərhləri cavablandırmamaq qaydasını pozub.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, Selma Çilek Çiftçi ilə fotosunu paylaşan aktrisa "Cici Hadid və mən" yazıb. Qısa müddətdə minlərlə "like" toplayan şəkildə izləyicilərin diqqətini çəkən Mervenin köhnəlmiş telefonu olub.
İstifadəçilərdən birinin "Telefonun nə gözəldir" ironiyasına Boluğur zarafatla cavab verməli olub:
"iPhone 1-dir".
Mervenin səmimiyyəti izləyicilər tərəfindən çox bəyənilib.