Məşhur modelyer Viktoriya Bekhem qapalı və dəbli geyimi ilə yenidən modapərəstlərin rəğbətini qazanıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bir neçə gündür Parisdə kişi dəb həftəsi başlayıb. Sözsüz ki, 42 yaşlı Viki ilə həyat yoldaşı Devid Bekhem dəb marafonunu qaçıra bilməzdi. Cütlük dəb nümayişlərini izləmək üçün dünən Fransaya gəlib. Ulduzların vağzala gəlişi də dəfilənin bir hissəsi kimi görünüb. Məsələ ondadır ki, hər iki ulduz başdan ayağa qüsursuz dəstləriylə diqqət çəkib.
Futbolçu bütün geyimlərini dünyanın ən lüks markası olan “Louis Vuitton”dan seçib.
Viktoriya isə Parisdə şəxsi markasının əsərlərini nümayiş etdirmək qərarına gəlib. Biz Vikinin obrazlarını iri və lakonik aksessuarlarla birləşdirməsini sevirik. Çünki o, yaxşı bilir ki, belə detallar onun stilini daha güclü edir. Minimalizm üslubuna sadiq qalan və bədəninin heç bir yerini göstərməyən xanım Bekhem uzun, güllü paltarını giləmeyvə çalarlı tünd qırmızı dəri ayaqqabı, çanta və trikotaj vodolozka ilə tamamlayıb. Modelyer hər zamankı kimi karemalara gülümsəməsə də, xırdalıqlarına qədər düşünülmüş obrazda olduqca güclü təsir bağışlaya bilib.