Qadin.NET / 31 yanvara hazırsınızmı? - 15:48-da baş verəcək və 3 saat davam edəcək

31 yanvara hazırsınızmı? - 15:48-da baş verəcək və 3 saat davam edəcək

31 yanvara hazırsınızmı? - 15:48-da baş verəcək və 3 saat davam edəcək


2018-ci ildə 2 Ay, 3 Günəş tutulması hadisəsi baş verəcək.

Bu barədə Publika.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Məlumatda bildirilib ki, Ay tutulmaları Yerin ekvatorial zonasında baş verəcək. Bu tutulmalar mərkəzi tutulmalar adlanır. Yəni, Ay kölgənin mərkəzindən keçəcək.

İlk Ay tutulması yanvarın 31-də olacaq. Tutulma Bakı vaxtı ilə 15:48-də başlayıb, 19:11-də başa çatacaq. Maksimum tutulma 17:29-da olacaq.

31 yanvar tarixindəki tutulma Azərbaycan ərazisində 18:00-dan etibarən Ay doğduqca görünməyə başlayacaq və həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq.

İkinci tutulma iyulun 28-də olacaq. İkinci Ay tutulması 22:24-də başlayıb, 02:19-da başa çatacaq. Maksimum tutulma 00:21-də olacaq. 28 iyul tarixində baş verəcək Ay tutulması Azərbaycan ərazisində tam müşahidə olunacaq.

İl ərzində 3 Günəş tutulması (qismən tutulma) baş verəcək. Həmin tutulmalardan ikisi cənub, biri isə şimal yarımkürəsinə düşəcək. İlin ilk Günəş tutulması fevralın 15-də baş verəcək. Günəş tutulması 3 saat 51 dəqiqə davam edəcək. Tutulma Bakı vaxtı ilə fevralın 15-i 22:55-də başlayıb, 16-sı 02:47-də başa çatacaq. Maksimum tutulma 00:51-də olacaq.

İkinci tutulma iyulun 13-də saat 05:48-də başlayıb 08:13-də başa çatacaq. Maksimum tutulma 07:01-də olacaq. İkinci tutulma 3 saat 29 dəqiqə davam edəcək.

Üçüncü Günəş tutulması avqusutun 11-də baş verəcək. İlin sonuncu Günəş tutulması 12:02-də başlayıb, 15:30-da başa çatacaq. Maksimum tutulma 13:46-da müşahidə ediləcək.

Fevralın 15-də baş verəcək Günəş tutulması (qismən tutulma) Sakit və Atlantik okeanı hövzələri, həmçinin Cənubi Amerikanın cənub hissəsini və Antarktidanı əhatə edəcək. İyulun 13-dəki Günəş tutulması (qismən tutulma) Sakit və Hind okeanı hövzələrini, həmçinin Avstraliyanın cənub hissəsini və Antarktidanı əhatə edəcək. İlin sonuncu Günəş tutulması (qismən tutulma) Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.

17 yanvar 2018
GO BACK