Qadin.NET / Di Kaprio yeni filmdə qatil obrazını canlandıracaq

Di Kaprio yeni filmdə qatil obrazını canlandıracaq

Di Kaprio yeni filmdə qatil obrazını canlandıracaq


Məşhur Hollivud ulduzu Leonardo di Kaprio kinorejissor Kventin Tarantinonun yeni filminə çəkiləcək.

Qadin.Net azərtac-a istinadən bildirir ki, aktyor filmdə baş rolu oynayacaq. Yeni ekran işi silsilə qətllər törədən Çarlz Menson haqqındadır.

Mensonun qurbanlarından biri olan Şeron Teyti aktrisa Marqo Robbi oynayacaq. Filmin premyerası 2019-cu ilin avqustuna nəzərdə tutulub.

Xatırladaq ki, 1969-cu ilin yayında dostu Qari Hinmeni öldürən Manson ömürlük həbs cəzasına məhkum edilib. Həmin ilin avqust ayında Mansonun rəhbərlik etdiyi "Ailə" adlı cinayətkar qrupun üzvləri kinorejissor Roman Polanskinin mənzilinə basqın edərək onun səkkiz aylıq hamilə olan həyat yoldaşı Şeron Teyt də daxil olmaqla beş nəfəri qətlə yetiriblər. Aktrisa Ş.Teyt o zaman 26 yaşında olub. Cinayətkar qrup bir sıra digər qətllər də törədib. Menson 2017-ci ilin noyabrında 83 yaşında vəfat edib.

16 yanvar 2018
GO BACK