"Feysbuk"un qurucusu Mark Zükerberqin şəxsi sərvətinin miqdarının aşağı düşməsi ilə bağlı səbəb açıqlanıb.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, "Feysbuk"da artıq xəbər qaynaqlarında markalar, media və şirkətlər yerinə istifadəçilərin dostları və ailəsindən gələn paylaşımlar ön plana çıxacaq. Məhz bu dəyişikliyin olması şirkətin büdcəsinin 4,4%-ini itirməsinə səbəb olub. Markın şəxsi sərvəti isə 3,3 milyard azalıb.
Sərvətinin aşağı düşməsi ilə Mark dünyanın ən varlı iş adamları siyahısında bir pillə geriləyib və 4-cü yerdə qərarlaşıb.
M.Zükerberq xəbər qaynaqlarındakı alqoritmin dəyişdirilməsinin səbəbinə belə aydınlıq gətirib:
"Biz bu şirkəti insanların bir-birinə bağlı qalmasına yardım etmək və bizim üçün önəmli olan insanları yaxınlığımızda hiss etmək üçün qurduq. Ancaq yaxın müddətdə marka, şirkət və medianın önı çıxması bu dəyərləri geri atdı. Mən isə istifadəçilərə daha yaxşı bir şəbəkə təqdim etmək üçün geri addım atıram".