Bir müddətdir Dubayda yaşayan aktrisa Lindsi Lohan qonaq olduğu verilişlərdn birində maraqlı açıqlamalar verib.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, 31 yaşlı aktrisa həm şəxsi həyatından, ailəsindən, həm də Dubayda yaşamağından danışıb:
"Nyu-Yorkda yaşamağı sevirəm. Amma Yaxın Şərqdə, daha rahat oluram. Məsələn, Dubayda kameralar məni izləmir və mən burada özümə daha çox vaxt ayıra bilirəm".
O, uzun müddətdir küsülü olduğu atası ilə barışdığını bildirib:
"Düşünürəm ki, valideynlər arasında söz-söhbət olanda ona uşaqlar müdaxilə etməməlidir. Qoy, aralarındakı məsələləri özləri həll etsinlər. İndi bizim hamımızın gözəl münasibətlərimiz var".
Qeyd edək ki, Lindsinin 3 yaşı olanda atası ilə anası ayrılıb. Lakin bir müddət sonra barışan cütlük 2005-ci ildə yenə ayrı yaşamaq qərarı verib və 2 ildən sonra rəsmi boşanıb.
Lohan Dubaya gələrkən onun ABŞ-da vergilərə 100 min dollar vergi borcu olub. Bildirilir ki, bu barədə xəbərsiz olan aktrisanı məhkəmə gözləyir.