İngiltərənin “BBC” media qurumu II Dünya Müharibəsi zamanı kral sülaləsinin həyatından bəhs edən sənədli film hazırlayıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, filmdə kral ailəsinə mənsub taclarda istifadə edilən bahalı daşların necə gizlədildiyi açıqlanıb.
Daşların saxlanıldığı yer kral kitabxanasının müdiri Ovem Mürşidlə VI Corcun anası kraliça Meri arasında gedən yazışmalar sayəsində ortaya çıxıb.
Yazışmalarda məlum olub ki, Vindzor qəsrinin altında əhəng təbəqəsinin içində iki bölməli bir hücrə qazılıb və polad qapı qoyulub. Taclarda istifadə edilən daşlar isə bir biskvit qutusunun içinə qoyulub və həmin yerdə gizlədilib.
Sənədli filmdə verilən bilgilərə görə, bu planı hazırki kraliçanın atası Kral VI Corc dəyərli daşların nasistlərin əlinə keçməməsi üçün qurub. Kral ailəsinin sirlərindən xəbərdar olan Alastair Bryus bu plandan kraliça Yelizavetanın belə xəbəri olmadığını deyib.