Böyük Britaniya şahzadəsi Harri 36 yaşlı aktrisa nişanlısı Meqan Marklla Brikstonda görüntülənib.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, Meqan geyimi ilə diqqət çəkib. Belə ki, şahzadənin gələcək xanımı bu ilin trend olacaq qış-yaz kolleksiyasından geyinib.
Marklın "Smythe" brendindən olan midi paltosu 795 dollar, "Marks & Spencer"dən olan koftası 60 dollar, "Burberry"dən olan şalvarı 650 dollar, "Jigsaw"dan olan şərfi 93 dollaradır. Meqanın sırğalarının qiyməti 375 dollar, ayaqqabısı 650, üzüyü 550, kəməri 38 dollardır.