Avstraliyalı model Miranda Kerr milyonçu əri Evan Şpigellə birlikdə Nyu-Yorkda paparassilərin hədəfində olub.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, gəzinti zamanı görüntülənən cütlük jurnalistlərə əhəmiyyət verməyərək avtomobilə əyləşib. 5 aylıq hamilə olan Miranda dəbə uyğun geyimi ilə diqqət çəkib. 6 kiloqram çəki alan Kerr kosmetikasız olub.
Qeyd edək ki, Miranda ilə Evan 2015-ci ildən birlikdədirlər. Cütlük ötən ilin mayında ailə qurub.
\