Mənə dedilər ki, çox kökəm. Hətta tosqunam. Onu da dedilər ki, tamaşaçılar tək qulaqları ilə yox, gözləri ilə də qulaq asırlar. Buna görə də arıqlamalı oldum.
34 yaşlı Lizett Oropesa belə deyir.
Milli.Az NBC-yə istinadən bildirir ki, əvvəllər 94,8 kq çəkidə olmuş opera müğənnisi Lizett Oropesa arıqlayıb.
Əslən kubadan olan, Nyu-Orleanda yaşayan Lizettin sözlərinə görə, pəhriz salmağaa başlayıb, idman edib və sonucda izafi kiloqramlardan qurtulub.
Oropesa ispan, ingilis, italyan, fransız və alman dillərində ariyalar oxuyur.
"Tamaşaçılar səhnədəki müğənnini, sadəcə, dinləmir, həm də ona baxırlar. Onlar hesab edirlər ki, əgər müğənni kökdürsə, o, Don Juan yox, Falstafdır. Əvvəllər kimsə mənə baxanda deyirdi: "Bu qadın çox kökdür!" Yanlışdır, amma həyatdır", - Lizet Oropesa deyib.